İsmaıl Türkan
Məzhəb Gedilən Yol Deməkdir
Ulus qəzeti, 02 Oktyabr 1999-cu il, №74(131), Səh: 13
Bismillahir Rəhmanir Rəhim
Həzrət Peyğəmbərimiz də: “Mən peyğəmbərlər arasında bir ev tikənə bənzəyirəm, ev tamamlanmış, gözəl bir şəkildə tikilmişdir. Ancaq bir kərpicin yeri boş qalmışdır. Mən o kərpic qoyulmamış yeri doldurdum”.
Bəha Akkaya sürgün ediləndə, ingilislərlə əlbir hərəkət etmiş və bir növ onlara yarınmışdır. Bəha öldükdən sonra Çerçil Əbdülbəhaya və Bəhailərə baş sağlığı vermişdir. Osmanlı hökuməti Bəhanın fəaliyyətindən şübhələnmiş, lakin Bəha ingilislərin müdaxiləsi ilə ölümdən xilas olmuşdur.
Bəha məktublarında İngiltərə İmperatoruna “Allahım İngiltərə İmperatoru beşinci Corcu qüvvətləndir. Onun kölgəsini bu böyük üstündən heç vaxt əskik etmə. Həqiqətən sən, güc və qüvvət sahibisən, ulusan, üstünsən” sözləri ilə dua etmişdir. Amerikaya getdiyi zaman İranın sərvətinin yerin altında olduğunu və Amerika millətinin sayəsində bunların aşkara çıxarılmasını istədiyini bildirmişdir.
Göründüyü kimi Bəha, Babdan daha ağıllıdır. İşlərini daha yaxşı bilən bir adamdır. “Əqdəs”də “ey hökmdarlar, siz qullarsınız, kölələrsiniz. Əsl mülk sahibi artıq zühur etmişdir. Hər şeydən xəbərdar və daim tədbirli olan Allah sizi itaətə çağırır” deyə xitab etmiş, “Əlvah”da “Din hüququnu bilənlərin şübhələri, irfan sahibi olanların işarətləri, əmr sahiblərinin qüvvətləri, sizi parlaq üzvlərdən, ən böyük doğruluqdan – Bəhailikdən təcrid etməsin” demişdir. Krallardan və hökmdarlardan heç kimin ona inanmayacağını o özü də bilirdi. Lakin, bu xitabların xalqa böyük təsiri olacağını bilən Bəha, bu yolu seçmişdir.
Babın, Bəhanın qurduğu dində nə qiyamətdən nə də axirətdən söhbət açılmışdır. Onların fikrincə qiyamət bir peyğəmbərin zühurudur. Məsələn, İsa peyğəmbər dini yaymağa başlayanda Musa peyğəmbərə inananların qiyaməti qopmuş, onlara tabe olanlar siratdan keçib cənnətə girmiş, tabe olmayanlar isə cəhənnəmə atılmışlar.
İndi Bəhailər Varmı?
Bəhailər məbədlərinə “Məşriqul-Əzkar-dərk edilənlərin şərhi” deyirlər.
Türkmənistanda-Aşqabadda, Amerikada-Çikaqoda, Oqanda əyalətlərində, Avstraliyada - Sidney şəhərində, Almaniyada – Frankfurtda məbədlər tikdirmişlər. Özlərinin yaydığı xəbərə görə dünyada iki mindən artıq ruhani mərkəzləri vardır. Bəhailər güclü təbliğatla məşğul olur; konfranslar, yubileylər keçirilir.
Türkan İsmayıl