top of page

Sosial Həyat Şöbəsi

Bəhailər- İcmalarının İnzibati Qaydaları... 

Əsr Qəzeti, 27 Oktyabr 1999-cu il, Çərşənbə, Sh. 7

Son vaxtlar respublikamızda icma, xeyriyyə təşkilatı,beynəlxalq mərkəz və s... adı ilə fəaliyyət göstərən qurumların anatomiyasına nəzər saldıqca bir-birindən təhlükəli mikrobların və virusların aktivləşdiyinin şahidi oluruq. Oxucularımızın marağını nəzərə alıb indiyədək Ədliyyə nazirliyindən qeydiyyatdan keçmiş və yaxud “keçirilmiş” 50-yə yaxın icmanın hər birinin fəaliyyəti haqqında məlumat verəcəyik. Elə isə haydı mətləb üstünə...

Baki Bəhai İcması

İcma 1995-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərir. İcmanın ünvanı: Bakı şəhəri, A.D. Qurbanov küçəsi, ev 6, mənzil 43-dür. İcmanın 100-dən çox üzvü var.  İcmanın məqsədi: Əsasən bəhailiyin təbliğidir.

 

Haşiyə: Bəhai  dininin əsasını Bəhaullah (1817-1892) qoymuşdur. Onun əsl adı Mirzə Hüseyn Əli Nuri Bəhaullah idi. Bəhailərin sələfi Bab öldürüldükdən sonra bəhailər uzun müddət təqib olunmuşlar. Bəhaullah əvvəlcə həbs olunub, Tehranda Siyah-Çal (Qara Çala) zindanına salınmışdır. 1853-cü ildə Bağdada, oradan İstanbula, Ədirnəyə və Əkkaya (Fələstin) sürgün olunmuşdur. O, Əkkada 24 il həbsxanada yaşamışdır. 1863-1873 –cü illərdə Bəhaullah dünya hakimlərinə və din xadimlərinə müraciətnamə göndərərək, onun dini təlimini və bütün bəşəriyyətin birliyinə və sülhə nail olmağa dair onun gətirdiyi planı öyrənməyi tövsiyyə edir. Beynəlxalq Bəhai Mərkəzi Hayfada (İsrail) yerləşir. Bəhai dininin məqsədi-şəxsi dəyərlərdə dəyişikliklər etmək, insanların birliyini həyata keçirmək və cəmiyyəti yeniləşdirməklə ümumi sülhə nail olmaqdan ibarətdir. Bəhailər güman edirlər ki, bəşəriyyət bu günə qədərki təkamül prosesində öz birlik dairələrini əvvəlcə ailələr, sonra isə tayfa, şəhər-dövlət və millət çərçivəsində genişləndirir. Hal-hazırda yeni şəraitlər nəticəsində dünya birliyi və sülh nəinki mümkün və zəruridir, hətta labüddür.

 

Bəhai dininin təlim və tələbləri dinin müqəddəs yazılarına əsaslanır.

 

Rəsmi Tələbləri...

  1. Qadın və kişinin bərabər hüquqlarını qəbul edir.

  2. Məcburi təhsilin zəruriliyini təkid edir.

  3. Elm və din arasında əsaslı uyğunluğun olduğunu dəstəkləyir.

  4. İfrat yoxsullaşmış və ifrat varlanmanın aradan qaldırılmasına çalışır.

  5. Köləliyi, zahidliyi (tərki-dünya), dilənçiliyi və rahibliyi qadağan edir.

  6. Boşanmanı çətinləşdirir.

  7. Ərazisində yaşadığı hökumətin qanunlarına sözsüz surətdə tabe olur.

  8. Siyasət işlərinə qarışmır.

 

Bəhai İcmalarının İnzibati Qaydaları... 

Bəhai dinində ruhanilər yoxdur. Şəhərdə və kənddəki hər bir bəhai icmasının fəaliyyətini əlaqələndirmək üçün 9 nəfər üzvü olan Məhfil (milli şura) tərəfindən təmin olunur. Məhfil üzvləri həmin ərazinin bütün yaşlı bəhailərinin iştirakı ilə ildə bir dəfə keçirilən gizli səsvermə yolu ilə seçilirlər. Seçkilər hər il aprelin 21-də keçirilir. Hər 19 gündən bir bütün icma üzvləri ibadət etməya, icmanın işləri üzrə məsləhətləşmə və qarşılıqlı dostluq əlaqələrini möhkəmləndirmək məqsədi ilə yığışırlar. Yığıncaq zamanı hər bir bəhai icma işlərinə dair öz rəyini söyləmək imkanı və müzakirəsi verilir. Hər bir bəhainin təklifi nəinki yerli, hətta milli ruhani Məhfilə, hətta Bəhai Dini Mərkəzinə də göndərilə bilər. Yerli bəhailər birgə yığıncaqları hər il keçirdikləri 9 bayram günlərində və Əbdülbəhainin (Bəhaullahın xələfi) həyatı ilə əlaqədar iki ildönümü zamanı keçirir. Rizvan bayramı zamanı isə bəhailər milli qurultaya yığılır. Qurultayda Milli Ruhani Məhfilə gələn il üçün 9 üzv seçilir. Bu Milli Ruhani Şurası isə bəhai icmaların idarə olunmasında məsuliyyət daşıyır. Beş ildən bir Milli Ruhani Məhfilə üzvlərindən gizli səsvermə yolu ilə Allhın Uca Ədalət Evi adlanan Beynəlxalq Bəhai Mərkəzinə üzv seçilir. Mərkəzdə müşavirlər çalışır. Onların sayı 81-dir. Həmin müşavirlər müxtəlif ərazi və qitələrdə fəaliyyət göstərir.

 

İbadət qaydaları...

15 yaşına çatmış hər bir bəhai üç vacib duadan (kitabda göstərilən) birini seçib və hər gün oxumağa borcludur. Namazlardan başqa dəfn duaları və Müqəddəs yazıların mətnləri oxunur.

Oruc...

İldə bir dəfə, martın 2 –dən 20-dək gündoğandan günbatanadək bəhailər yemək və içməkdən özlərini saxlayaraq oruc tuturlar. ( 15 yaşına qədər olan uşaqlar, 70 yaşından yuxarı olan bəhailər, xəstələr, hamilə qadınlar, uşaq əmizdirən analar, aybaşı olan qadınlar, səyahətdə olanlar, ağır fiziki əməklə məşğul olanlar oruc tutmaqdan azaddırlar).

Təqvim, Bayram, İldönümlər...

Bəhailərin təqvimi günəş ili əsasında formalaşdırılıb. Bəhai dininin 9 müqəddəs bayramı var.

Novruz (yeni il) – 21 mart

Rizvanın birinci günü – 21 aprel

Rizvanın  9 –günü – 29 aprel

Rizvanın 12-günü – 2 may

Həzrəti Babın bəyənatı – 23 may və s...

Mərasimlər...

Xristianlıqdan fərqli olaraq Bəhai dinində mərasim yoxdur (xaçsuyuna salma və kilsə üzvlüyünə qəbul kimi mərasimlər yoxdur). Hər bəhai öz uşağını tərbiyə edir.15 yaşına çatmış şəxs təlimi rədd etməkdə məsuliyyət daşıyır.

Boşanma...

Nigah kimi boşanma tərəflərin razılığına əsaslanır. Bəhailər boşanmanın qarşısını almaq üçün onu bir az çətinləşdirir. 1 ay vaxt verməklə hər iki tərəfi razı salmağa çalışır. Əgər razılıq baş tutmasa yerli orqanın köməyi ilə boşanma baş tutur.

Məlumatlara görə ABŞ mərkəzi kəşfiyyat idarəsi tərəfindən maliyyələşdirilən bəhailərin  dünyada sayı 5 milyon nəfərdir. Onlar etiraf etməsələr də çoxlarına bəllidir ki, bəhailərin iyrənc qanunlarına görə qız atanın bəhrəsidir. Və qız ilk cinsi əlaqəsini atası ilə aparmalıdır.

Bakı Bəhai icmasında hal-hazırda təşkilatlanma işləri gedir. Hər bir şəhər və rayonda öz saylarını artırmaqla məşğuldur. Bəhailər bəzən öz məqsədləri üçün xeyriyyə işləri ilə də məşğuldurlar. Yazıçı Əzizə Cəfərzadənin iki kitabı (bəhai hərəkatından bəhs edən “Zərrintac”, “İşığa doğru”) Bakı Bəhai icmasının sponsurluğu ilə işıq üzü görüb və s...  Bakı Bəhai icmasının üzvlərinin tərkibi müxtəlif millətlərə mənsub şəxslərdən ibarətdir.

Sosial Həyat Şöbəsi

                                                                                        

bottom of page