İsmayıl Türkan
Bəhailik Haqqında
Ulus qəzeti, 29 Sentyabr 1999-cu il, №73(130), Seh: 13
Bismillahir Rəhmanir Rəhim
Bəhanın uydurduğu bu dində, demək olar ki, yeni heç bir şey yoxdur. O, Sufilikdən, batinilikdən, şiə inanclarından, eyni zamanda yaşadığı dövrdə adət olmuş şeylərdən təəssürat olaraq, “Qurani-Kərim”i təqlid yolu ilə və islam dini nöqteyi-nəzərindən küfrə istinad edən yeni bir din qurmağa çalışmış və özünü bu dinin həm peyğəmbəri, həm də Allahı kimi göstərmişdir.
Bəhailiyi quran Mirzə Hüseyn Əli Mazandaranlı Abbas Nurinin oğludur. 1233-cü ildə (1845-1846) “İkaan” adlı kitabında Baba inandığını söyləyir, lakin onun həmin kitabda özünü Baba ilk inanan olaraq qələmə verməsi doğru deyildir. Hüseyn Əli Baba tabe olanlara öz dinlərini yaymağa başladıqları vaxlar maddi yardım göstərmişdir. Babın öldürülməsindən bir müddət sonra Babilər tərəfindən Nəsrəddin şaha qarşı 1208-ci ildə Zilqədə ayında sui-qəsd hazırlanması səbəbiylə Bəha bir az həbsdə qalmış, 1269-cu ildə (1852) qardaşı Yəhya ilə Bağdada sürgün edilmişdir. Orada dərviş donuna girərək, Süleymaniyyədə iki ilə qədər Nəqşibəndilərlə oturub-durmuş, yenidən Bağdada qayıtmışdır.
Hüseyn Əli, 1280-ci ildə (1863) hökuməti tərəfindən İstambula gətirilmiş, İstambulda dörd ay qaldıqdan sonra bütün babilərlə bərabər Ədirnəyə sürgün edilmişdir. Bəha əvvəllər qardaşı Yəhyaya tabe olduğu halda, sonradan Bab tərəfindən zühur edəcəyi adam olduğunu iddia etmişdir. Bununla da ikiyə ayrılan Babilərdən Yəhya və tərəfdarları 1285-ci il Rəbiul-axır ayında (1868) Sultan Əbdüləzizin fərmanı ilə Kiprə, Hüseyn Əli tərəfdarları isə heç kimlə görüşməmələri şərtiylə Akkaya sürgün edilmişdir.
Bəha Akkaya sürgün edildiyi vaxt əlli iki yaşı vardı. O, 1319-cu ilin Şəvval ayında (1892) iyirmi iki gün sürən ağır xəstəlikdən sonra ölmüş və Akkada dəfn edilmişdir. Yerinə keçən oğlu Abbas, özünə Əbdül-Bəha adını götürmüş, Bəhailik haqqında kitablar yazmışdır. 1908-ci ildə fikir və mətbuat azadlığı elan edilməsiylə azad edilmiş, Misirə, Avropaya, Amerikaya səfərlər etmişdir. Birinci dünya müharibəsindən sonra Ərəbistanın Osmanlıların itaətindən çıxması, onun fəaliyyətini daha da sürətləndirmişdir.
1260-cı ildə (1844) Tehranda anadan olan Abbas 1340-cı ildə (1921) Hayfada ölmüşdür. Ölümündən əvvəl yerinə böyük qızı Ziyamiyyənin oğlu Şövqünü təyin etmişdir. Şövqünün atası Şirazlı Hadidir. Şövqü 1314-cü ildə (1897) Akkada anadan olmuş, Beyrutda və İngiltərədə təhsil almış, sonradan özünə Ruhiyyə adını götürən bir ingilis qızıyla evlənmişdir. Şövqü 1857-ci ildə Londonda ölmüşdür.
Bəhai Dini Necə Bir Dindir, Hökmləri Hansılardır?
Bəhailər , Şeyx Əhməd Əhsai ilə Kazım Rəşdiyyə, Babı və Bəhanı müjdələdiklərinə görə iki müjdəçi mənasını verən “Mübəşşireyn” adını vermişlər. Onlar Babı “Nöktayi-Ula” və “Zikr”deyə anırlar. Bəha isə onların fikrincə, Babın vücudunda Allahın izhar edəcəyini müjdələyən adamdır. Bəhai dinini Babiliyin yeniləşmiş formasından başqa bir şey adlandırmaq olmaz. Babı Mehdi, Bəhanı isə xristianlara Məsih, müsəlmanlara İmam Hüseyn zühuru kimi tanıtmağa çalışırlar. Bəhanın əsas iddiası varlığında Allahın zühurunun olmasıdır.
Məsələn, “Katabu-Mubində” “De ki: vücudumda Allahın vücudundan, camalımda onun camalından, varlığımda onun varlığından, zatımda onun zatından, hərəkətimdə onun hərəkətindən, duruşumda onun duruşundan başqa bir şey görünməz. Qələmimdə də o üstün və öyülmüş Tanrının qələmi var, ancaq və “ey cənnətin huri qızı, cənnət bucaqlarından çıx və bütün varlıq əhlinə, var olanlara xəbər ver: de ki, “And olsun Allaha, aləmlərin sevgilisi, göylərdə, yerlərdə sitayiş edilən, əvvəl gələnlərlə sonra gələnlərin səcdə etdikləri zühur etdi”.
Bəhanın uydurduğu dində qiblə Akkadır. Dini əmrlər ətraflı bir şəkildə yazılmış “Kitabul-Əqdəs” adlanan və bir çox yerlərində ərəb dilinin qrammatik qaydalarına uyğun gəlməyən kitabında isə doqquz rükət namazın fərz olduğu bildirilir. Əslində bütün bunlar Babın “Bəyanından” götürülmüşdür. Sonradan üçə endirilən və camaatsız qılınan, qılınmazsa doqquz dəfə təkrarlanmaqla yerinə yetirilən, əslində heç vaxt qılınmayan bu namazı səfərdə olanlar qılmaq məcburiyyətində deyillər. Oruc Babın dinindəki kimidir. Dəstəmaz əlləri və üzü yumaqdan ibarətdir. Su tapılmazsa beş dəfə “ən təmiz, ən təmiz Allahın adı ilə” deyiləndə dəstəmaz alınmış hesab olunur.
Dini əmrlər qadın və kişilər üçün on altı yaşından yetmiş yaşına qədər fərzdir. Zəkat yoxsullara yox, beytül-ədlə verilir. Həcc yalnız kişilərə fərzdir. Bağdadda Bəhanın, yaxud Şirazda Babın evini ziyarət etməklə bu fərz yerinə yetirilir. Bəha gəzdiyi, gördüyü və eşitdiyi şeylərdən, eyni zamanda yaşadığı dövrün xüsusiyyətlərindən aldığı təəssüratları da qurduğu dinə hökmlər şəklində əlavə etmişdir. Məsələn, ipək paltar geyinmək haram deyildir: saç bir zinətdir, onu qısaltmaq olmaz. Ancaq qulaq məməciklərindən uzun olması da qadağandır. Musiqi halaldı, qızıl və ya gümüş qabda yemək olar, əl öpmək qadağandır. Bu əmrlər arasında insanı sərxoş edən şeylərin haram olduğu bildirilir. Oğurluq edən sürgün edilməli, sonra həbs edilməli, ən axırda isə alnına bir damğa vurulmalıdır. Ev yandıranın diri-diri yandırılması, ölünün ipək, yaxud pambıq kəfənə bükülüb əlinə bir üzük taxılması, altı təkbirlə və camaatla hər təkbirdən sonra doqquz dəfə ərəbcə bəzi sözlər deyilərək namazın qılınması, büllurdan yaxud daşdan və ya taxtadan olan bir sandığa qoyulması da bu növ əcaib dini əmrlərdəndir.
Bəha dinini hər hansı bir təhlükə anında gizlətməyi qadağan etmişdir. Amma özü və oğlu Akkada özlərini əhli-sünnət kimi qələmə vermişdilər. Ölünün bir saatlıq yoldan uzağa aparılmamasını buyurduğu halda, özü içində nə olduğu bilinməyən, bəlkə də heç bir şey olmayan sandığı Babın cəsədi adıyla Tehrandan Hay-fayc gətirmişdir. “Bəyanda” Baba tabe olmayanların mallarının, canlarının halal olduğu bildirildiyi halda , Bəha savaşı qadağan etmiş, silah gəzdirməyə yaxşı münasibət göstərməmişdir. Digər tərəfdən isə özünə qarşı çıxanları müxtəlif yollarla məhv etmişdir. Məzarları ziyarət etməyi qadağan etmişdir. Lakin, Babın məzarını ziyarət etmək olar. Hamıya ortaq bir dili və yazını qəbul etməyi tövsiyyə etmiş, özü isə uydurduğu şeyləri ərəbcə yazmışdır. Bəha bu əmrlərin içərisinə yaşadığı əsrin görümlərindən olan əllə yemək yeməyi də əlavə daxil etmişdir.
Bəhanın uydurduğu bu dində, demək olar ki, yeni heç bir şey yoxdur. O, Sufilikdən, batinilikdən, şiə inanclarından, eyni zamanda yaşadığı dövrdə adət olmuş şeylərdən təəssürat olaraq, “Qurani-Kərim”i təqlid yolu ilə və islam dini nöqteyi-nəzərindən küfrə istinad edən yeni bir din qurmağa çalışmış və özünü bu dinin həm peyğəmbəri, həm də Allahı kimi göstərmişdir. Ona inananlara isə “əcnəmqoyunlar” adı verilmişdir.
İslamdan belə məqsədlərlə istifadə edən bütün qurumlarda düşmən əli vardır. Bəhanın öz rəvayətlərinə gorə Bab öldürüldükdən sonra, onun və onunla bərabər öldürülənlərin cəsədini rus konsulu xəndəkdən çıxartdırmış və şəkillərini çəkdirmişdir.
Nəsrəddin Şaha hazırlanan sui-qəsddən sonra Bəha Rusiya elçiliyinin binasına getmişdir. Elçi əvvəlcə, Bəhanı təhvil vermək istəməmiş, sonra isə böyük vəzirə Bəhanın bir əmanət olduğunu, onun başından bir tük əskik olarsa, elçiliyin qarşısında onun məsuliyyət daşıyacağını bildirən bir məktub yazmış və Bəhanı hökumətə təslim etmişdir. Şövqü də “Qərni-bədi” adıyla fars dilinə tərcümə edilən “qod passes by” da həbsxanadan çar Rusiyasının köməyi ilə azad olunduğunu bildirmişdir. Bəha İranı tərk etməyə məcbur edildikdə, Rusiyaya çağırılmış, lakin orada öz planlarını həyata keçirə bilməyəcəyini düşünərək, Bağdada getmək qərarını vermişdir. İran məmurları ilə Rusiya elçiliyinin adamları onu Bağdada qədər aparmışlar.
Bəha, “İşraaqat”-da bunu qələmə almışdır. “Kitabi-Mubin” də Rusiya çarına xitab edərək demişdir: “Ey rus çarı, bütün qüsurlardan uzaq olan Allahın səsini eşit. Ulu və ən böyük Bəha adıyla uca göylərdə, mələklər aləmində gözəl adamlarla zikr edilən və cənnətdə qərar tapmış Allaha yönəl. Elçilərindən biri zindanda ikən mənə yardım etdi. Buna görə də Allah heç kimsəni dərk edə bilməyəcəyi bir məqam verdi sənə. Bu böyük məqamı əldən vermə”.
Türkan İsmayıl
(Ardı var)