Leyla İlyasqızı
Həzrət Bəhaullahın Mövludu Günü
Cahan Media Qəzeti, 04 Dekabr 2002- ci il, № 03
Zor işlədib bir zərbədə dini əqidəni səhnədən atmaq-əlbəttə, özlüyündə bir absurddur. Özü də birinci növbədə ona görə ki, dinə inanan adam heç vaxt qoymaz ki, onun inancını hər hansı əsaslarla və ya qadağalarla onun əlindən alsınlar.
--Ziqmund Freyd
Bu günlərdə Bəhai Dini Mərkəzində böyük bayram gecəsi keçirilmişdir. Bu təntənəli bayram Həzrəti Bəhaullahın mövludu gününə həsr olunmuşdur. Bununla əlaqədar böyük hazırlıq işləri görülmüş və onun yüksək səviyyədə keçirilməsinə böyük imkanlar yarandı. Tədbirin qeyd olunması aparıcının ön sözündən sonra başladı, öz hazırcavablığını nümayiş etdirib qonaqların diqqətini cəlb edirdi.
Sonra isə ruhani musiqisinin müşayiəti ilə azəri, ingilis, rus və fars dillərində dualar oxundu. Oxunan dualar dinləyicilərə böyük təəssürat bağışladı, onların mənəvi yüksəlişinə səbəb oldu. Əlbəttə ki, dualar hər insanın qəlbinə azca da olsa işıq saçır. Belə ki, sonra Həzrəti Bəhaullahın mövluduna həsr edilən löhv azəri dilində oxundu.
Təbii ki, peyğəmbərin həyatı haqqında məlumat da qonaqların nəzərinə çatdırıldı. Burada onun doğulduğu gündən sonuncu günədək olan bütün hadisələr ardıcıllıqla söylənildi, yəni, onun kəlamları, realistik dünyagörüşü və onun həyatı olduğu kimi qebul etməsi. O, zamanın sərt sınaqlarına hazır idi və “yazıya pozu yoxdur” atalar sözünə uyğun həyat sürürdü.
Şübhəsiz ki, böyüyən nəsil də bu gün də öz məharətlərini göstərdi. Uşaqlar Həzrəti Bəhaullahın ruhanilərə və hökmdarlara olan müraciətləri səhnələşdirdilər. Bu səhnəcik onların Həzrəti Bəhaullahın sözlərinə əhəmiyyət verməmələri və nəticədə hərəsini bir aqibət gözlədiyi haqqda idi. Hökmdarların arasında yalnız kraliça Viktoriyanın ona inanması nəticəsində kraliçanın hökmdarlığı ondan sonra xeyli il davam etməsi haqda söylənildi. Onu da qeyd etmək istərdik ki, uşaqların düzəltdiyi geyimlər o qədər məzəli idi ki, bu da tamaşaçıların çöhrələrində təbəssüm doğurdu.
Sonra tamaşaçıların diqqətinə şifahi mətnlə müşahidə edilmiş videofilm təqdim olundu. Bu filmdə Bəhaullahin İstanbulda olan restavrasiya olunmuş yaşadığı evi (təbii ki, xarici görünüşü tərəfdən) təqdim olundu.
Burada professional musiqiçilər də var idi. Onlar bir neçə musiqili kompozisiya ifa etdilər. Bunların sırasında “azəri xalq rəqsləri”, “my way” (ingilis), Polmaria, Tofiq Quliyevin melodiyalarından biri də səsləndi.
Müsayiət o qədər yüksək səviyyədə idi ki, ondan sonra tamaşaçıların əhval–ruhiyyəsi “çay dəsgahı” adlanan üçüncü hissənin sonunadək davam etdı.
Ey bəndələrim! Siz mənim bağçamın ağaclarısınız. Gərək belə gözəl və nəfis meyvələr yetişdirəsiniz ki, həm siz özünüz, həm də başqaları bu meyvələrdən faydalansınlar.
--Həzrət Bəhaullah (Gizli Kəlamlar)
Leyla İlyasqızı