Ruhiyyə Xanım
Dünya Bəhailər Cəmiyyətinin Sədri
Əmətulbəha Ruhiyyə Xanım Rəbbani Bakıda
Haqq Söz Qəzeti, 11 May 1993-cü il, № 8
Bəhai Dini azad bir dünya dinidir. Bu din insanları bir millət, dünyanı isə bir vətən olaraq qəbul edir. Təxminən 100 il bundan əvvəl bu din elan edilərkən dünyanın o vaxtkı mənəvi ataları onu düşünməndən rədd etmişlər.
Bəhai Dini dünyanın 214 ölkəsinə yayılmışdır. Onu 2100-dən çox etnik qrup və qəbilə təmsil edir. Dünyada 111000-dən çox bəhai vardır.
Ruhiyyə xanım Rəbbani Bəhai dininin Peyğəmbəri Həzrət Bəhaullahın kötücəsi Şövqi Rəbbaninin həyat yoldaşıdır. Milliyətcə ingilisdir. Kanadanın Monreal şəhərində 1910-cu ildə anadan olub. Onun qızlıq soyadı Maksvellidir.
Ruhiyyə Xanım Rəbbani dünyanın 171 ölkəsində olmuşdur. Ancaq 1963-1973-cü illərdə Afrika qitəsində öz maşını ilə 36 min kilometr məsafə qət etmişdir. Fransız, alman, fars və ingilis dillərini bilir. Onlarca qiymətli kitabların, kinofilmlərin müəllifidir. Birləşmiş Millətlər Təşkilatı nəzdində Təbiəti Mühafizə Cəmiyyəti İdarə Heyətinin üzvüdür.
Dünyada qardaşlığı, sülhü və sevinci təbliğ edən Bəhai Dininin dünya ölkələrində və dünyanın məşhur adamları arasında tanınmasında, yayılmasında onun fədakarlığı misilsizdir.
Əmətulbahar Ruhiyyə Xanım Rəbbani Xoş Gəlib Azərbaycana!
Onunla müsahibəni gələn saylarımızda oxuyacaqsınız.
Haqq Söz Qezeti