Nigar Nunay
Yeni Kitab “Zərrintac Tahirə”
Bakı Qəzeti, 8 Noyabr 1996-cı il, № 22 (10648)
Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “Göy türk” nəşriyyatında tarixi romanlar müəllifi, müasir ədəbiyyatımızda əvəzsiz xidmətləri olan, tanınmış alim, yazıçı Əzizə xanım Cəfərzadənin “Zərrintac Tahirə” adlı kitabı çapdan buraxılmışdır.
Əsər IX yüzilliyin birinci yarısında İran, Zəncan və başqa şəhərlərdə kütləvi üsyanlara başçılıq etmiş, qadın azadlığı, o cümlədən insan azadlığı uğrunda cəsarətlə mübarizə aparan, qüdrətli və kövrək şerlər müəllifi, ictimai xadim Tahirə Qürrəntüleynə (göz bəbəyi) həsr olunmuşdur. Ruhani ailəsində yetişməsinə baxmayaraq yeganə qadın idi ki, Qəzvin, Tehran və Bağdadda üzü açıq şəkildə tələbələr qarşısında mühazirələr oxumuşdur. İngilis alimi Edvar Bray, M.F.Axundov, Mirzə Kazım bəy onu dövrünün fədakar, istedadlı bir xanımı kimi qiymətləndiriblər. Bununla belə 1852-ci ildə o, Nəsirəddin şahın hökmü ilə edam olundu. Əzizə xanım Cəfərzadə düz 20 il bu mövzu üzərində işləmiş, Tahirə xanımın həyat və fəaliyyətini öyrənə-öyrənə, Məşhəddə İmamrıza kitabxanasında axtarışlar apara-apara onun haqqında lazımi sənədlər əldə etmiş, nadir məlumatlarla qarşılaşmışdır. Məlum olmuşdur ki, Tahirə xanımın əlyazmalarını bizim ağqoyunlu hökmdarımız Uzun Həsən tərcümə elətdirmişdir.
“Zərintac Tahirə” romanı ilk dəfə 1994-cü ildə Azərbaycan jurnalında işıq üzü görmüşdür. Qəribə təsadüf nəticəsində Bakıya qonaq gəlmiş Hindistanda yaşayan bir xeyriyyəçi soydaşımız bu romanı oxuyandan sonra heç bir təmənna ummadan onun kitab halına salınması üçün 14 min dollar dəyərində sərmayə buraxılmışdır. Kitabın latın əlifbası ilə buraxılmasında məqsəd bu əsəri Almaniya və Türkiyədə bütün türkdilli soydaşlarımıza çatdırmaqdır.
Nigar Nuray