top of page

Bəhailərin Dünya Birliyi

qəzeti, 17 İyun 2001-ci il, № 19 (969)

Respublikamızda mövcud dini etiqad və vicdan azadlıqlarl təşkil edən dini cərəyan və təriqətlərin fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaranmışdır. Belə dini cərəyanlardan biri də Bəhailikdir. Bəhai dini dünya dinləri arasında ən cavanıdır. Onu çox vaxt olaraq İslamı təriqət kimi qələmə verirlər.

 

Iranda (XlX əsrdə) yaranmasına baxmayaraq,o islamdan fərqlənir. Bəhai dini XlX əsrin ikinci yarısında İrandan Azərbaycana, Türkiyəyə, Orta Asiyaya, ordan isə Rusiya, Avropa, Amerika, Afrika və Avstraliyaya yayılaraq hazırda dünyanın 235 ölkəsində öz ardıcıllarına malikdir. “Britanka” ensklopediyasının məlumatına görə Bəhai dini dünyada yayılma sürətinə görə dinlər arasında birinci yerdə durur.ən yüksək artım isə Mərkızi Afrika, Cənubi Amerika, Cənubi Şərq Asiya, Hindistan və Okeaniya adalarında müşahidə edilir. Bu dini qəbul etmiş millətlərin, xalqların və etnik azlıqların sayı 2100-ü keçmiş, Bəhai ədəbiyyatı 802 dilə tərcümə edilmişdir.

 

Müasir dövdə Bəhai dini çox ciddi şəkildə təşkilatlanmış və möhkəm daxili qanunlarla idarə olunan müstəqil Beynəlxalq Dini Təşkilatdır. Onun Ali Qanunverici və İdarəetmə orqanı “Allahın Uca Ədalət evi” Ümumdünya ədalət evi və həmçinin müqəddəs ziyarətgahları İsrailin Hayfa şəhərində yerləşmişdir.

bottom of page