Azər Cəfərov

Bəhailər Tədbir Keçirildi 

Cahan Media Qəzeti, 02 Noyabr 2002-ci il, № 01

Bəhai mərkəzində Həzrət Babın mövlud gününə həst olunmuş tədbir keçirilmişdir. Onun uşaqlığı, yaşadığı dövr barədə qısa məlumat verilmişdir. Həzrət Babın “Bəyan” kitabından sətirlər toplaşanlara təqdim olunmuşdur. Həzrət Bab Öz “Bəyan” kitabında buyurur: 

“Bir qəlbi tərbiyyə etmək daha yaxşıdır, nəinki Yer üzünün bütün şeylərinə malik olmaq, çünki həmin tərbiyə olunmuş kəs İlahı Birlik Ağacının kölgəsində olar və buna görə də O və onu tərbiyə edən – hər ikisi Allahın mərhəmətinə nail olar, lakin dünyəvi  var- dövlət əldəetmə ölümlə sona yetər. Hidayət yolu məhəbbət və mərhəmət yoludur, zor və məcburiyyət yolu deyildir. Bu, Allahın keçmişdə yolu olmuş və gələcəkdə də olacaqdır! O, istədiyini Öz mərhəmət kölgəsinə daxil edər. Həqiqətən, O, Ali Himayədar və səxavətlidir.”

 

Bayramsayağı bəzədilmiş zalda icma üzvlərinin ifasında sülh, əmin-amanlıq mövzusunda şerlər, musiqi nömrələri səslənmişdir.

 

Bəhai mərkəzinin üzvləri yenicə işıq üzü görmüş “Media-Cahan” qəzetinin baş redaktorunu və əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara başladığı bu xeyirxah işdə uğurlar diləyir.                 

                                                           

                                                                                                                                    Azər Cəfərov