top of page

Azərbaycan Yolları

Kəlimət-i Məknunə Kitabı Haqqında

Azərbaycan Yolları Qəzeti, 12-18 Yanvar 2009-cu il, səh: 6

Son əsrlərdə yaranmış dinlərdən biri respublikamızda da fəaliyyət göstərən Bəhai dinidir. qəzetimizin bu sayından başlayaraq həmin dindən bəhs edən yazılarla ozucularımızı tanış edəcəyik...

“Kəlimət-i Məknunə” kitabı Həzrət Bəhaullaha təxminən1858-ci ildə nail olmuşdur. İlahı öyüd-nəsihətlərdən ibarət olan bu qeyri-adi toplu hər bir insana Allahın ruhi dünyalarına gedən yolda kamil rəhbərlikdir.
   

Bəhai dinini banisi Həzrət Bəhaullah (1817-1892) öz missiyasını 1863-cü ildə elan etmişdir. Onun özünü bəhai adlandıran ardıcılları inanırlar ki, O hal-hazırda Allahın sonuncu Elçisidir və İbrahim, Krişna, Musa, Budda, Zərdüşt, İsa və Məhəmməd kimi Peyğəmbərlərin missiyasını davam etdirir.
   

Həzrət Bab Həzrət Bəhaullahın gəlişini müjdələyən Peyğəmbər olmuşdur. 0, 1844-cü ilin mayında Özündən də qüdrətli olan və əvvəlki Bəhylərin Müqəddəs yazılarında göstərilmiş möminlik və sülh erasının başlanğıcını qoyacaq Kəsin zühur edəcəyini bildirmişdi.
   

Həzrət Bəhaullahın Əmrinin davamçısı Onun Özünə varis və təlimin səlahiyyətli şəhrçisi təyin etdiyi oğlu Həzrət Əbdül-Bəha (1844-1921) olmuşdur.
   

Həzrət Bəhaullahın təliminin əsas qayəsi birlikdir. O, qeyd edirdi ki, allah təkdir, bütün dünyəvi dinlərin mahiyyəti “əbədi və əzəli olan Allaha dəyişməz İnamın ifadəsidir”, bütün bəşəriyyət bir kökdən ibarət olub sülh və əmin-amanlıqda yaşamalıdır.
   

Bəşəriyyətin qədəm qoyduğu yeni, böyük eranın Peyğəmbəri Həzrət Bəhaullahın məqsədi keçmiş Bəhyləri çevirmək deyil, onları həyata keçirməkdir, müasir cəmiyyəti parçalayan və bir- birinə qarşı mübarizə aparan təlimlər arasındakı fərqləri nəzərə çapdırmaq deyil, onları barışdırmaqdır.
 

“Kəlimət-i Məkunə”ni başa düşmək üçün insanın ikili təbiətini, daha dəqiq desək, onda birgə iki bir-birinə bağlı mənəvi və fiziki başlanğıcları, ruhu və bədəni nəzərə almaq lazımdır. Allahın sifətində və Allahın bənzərində yaradılmış insanın ruhu ilahi keyfiyyətlər əldə etməyə qabildir. Bədəndən ayrılarkən fiziki həyatı dövründə nail olduğu paklık və mömünlük vəziyyətində ruh öz inkişafını davam etdirəcəkdir.
   

Bu ilahi məqsədə Həzrət Bəhaullahın çoxsaylı Yazıları xidmət edir ki, bunların da arasında hər bir insanın qəlbinə bilavasitə yönəlmiş “Kəlimət-i Məknunə” xüsusi yer tutur.

“Kəlimət-i Məknunə”də xatırlanan “cənnət”, “cənnət bağı”, “göy” anlayışları Allaha yaxınlaşan, “cəhənnəm” isə Ondan uzaqlaşan ruhun vəziyyətini təsvir edən rəmzlərdir. Insan üçün ən ali vəziyyət iman ruhuna çatmaqdır, bunun üçün isə O öz dövrünün Allah elçisinə iman gətirməli və onun vısiyyətlərini itaətkarlıqla yerinə yetirməlidir. Həzrət Bəhaullah göstərir ki, insanın bilik və təhsili öz-özlüyündə nə qədər dərin olsa da, ona ruhi reallığı kifayət qədər başa düşməyə imkan verməyəcəkdir: çox vacibdir ki, ilahi xüsusiyyətlərin məskəni olan ürək nurlansın.  

 

Həzrət Bəhaullahın “Kəlimət-i Məknunə”nin əsas məqsədi insana öz ürəyini təmizləmək, fani dünyaya bağlılıqdan çəkinmək və ruhunu ən qəddar düşməndən – öz pis “ehtiras və tamahından” qorumaq üçün kömək etməkdir. Həzrət Bəhaullah öyrədir ki, bu dünyada hər şey insanın rifahı üçün yaradılmışdır. Allah insana layiq olduğu bütün nemətlərdən istifadə etmək hüququ verir və ona həyatın xoşbəxtliyini dadmaq imkanı verir. Lakin insan nəyinsə onunla Allah arasında maneə olmasına imkan verməməlidir. 
   

Başqa Peyğəmbərlər kimi Həzrət Bəhaullah da öyrədir ki, “var-dövlət axtaranlara onun arzusu, aşiqlə məşuq arasında ən böyük maneədir”; lakin O xəbərdarlıq edir ki, kasıbı da eyni maneə gözləyə bilər. İnsanın qüruru və xudbinliyi və heç də nadir olmayan hallarda onun biliyi, cəmiyyətdə yeri və nüfuzu da onu Allahdan ayıran maneələrdir.
   

“Kəlimət-i Məknunə”  yüksək poetik dildə, metafor, rəmz və alleqoriyalardan istifadə edilməklə yazılmışdır. Onlardan bəziləri Həzrət Əbdül-Bəhanın əsərlərində izah edilmişdir.
   

Belə ki, 19-cu ayədə (fars dilindən) “aydın və doğru səhər” sözləri Həzrət Babın Vəyhinə, “Ənisə ağacı”-“Həzrət Bəhaullah Əhdinə”,”mübarək və müqəddəs fəza” isə insanın ürəyinə işarədir. Başqa lövhlərdə Həzrət Əbdülbəha “Ənisə ağacı altında” toplusunu Həzrət Bəhaullahın Əhdinin müəyyən edilməsi kimi izah edir. Bu Əhdə 71-ci ayədə (fars dilindən) işarə edilir. Həzrət Bəhaullaha deyir ki, Paran dağındakı əhd Müqəddəs Torpaqda Ali Qələmlə yazılmış və Onun süudundan sonra oxunacaq Həzrət Bəhaullahın Vəsiyyətidir.
   

20 və 48-ci ayələrdən qabaq gələn sətirlərdə (fars dilindən) Həzrət Bəhaullah “beşinci Cənnət Lövhü” və “Yaqut Lövhünü” xatırlatmışdı və sonra onlardan parçalar gətirmişdir. Həzrət Əbdülbəha izah etmişdir ki, bu Lövhlər bu dünyada hələ nazil olmayıb və Allahın dərgahında saxlanılır.
   

77-ci ayədə (fars dilindən) “Sidrətül-Müntəha” anlayışı hərfi mənada, “arxasından yol olmayan ağac” deməkdir. Ərəblər yol boyu ağaclar əkərək axırıncıda nişan qoyardılar ki, bu da irəliyə yolun olmadığını göstərirdi. Lövhlərdə bu anlayış insanların dərk edə bilmədikləri Allahın Elçisinin Məqamını göstərən simvoldur. “Huri” anlayışı Həzrət Bəhaullahın Yazılarında təkrarlanan çox mənalı simvoldur: Həzrət Bəhaullah bəzən ondan Özünə işarə kimi, başqa hallarda Allahın keyfiyyətlərindən birini göstərmək və yaxud istifadə etmişdir. Bu ayədə haqqında danışılan iki hərf-“Bəha” sözündəki B və H hərfləridir. Həzrət Bəhaullah deyir ki, üç hərfdən (B,H və A) yalnız ikisi Allah tərəfindən nazil olmuşdur və onun adının üç hərfində cəmləşən Vəhyin mənası və gücü bəşəriyyətə tam açılmamışdır. (Qeyd edək ki, ərəb dilində “Bəha” sözü-“nur”, “şölə” mənaları olub üç hərfdən ibarətdir).
   

“Kəlimət-i Məknunə” adi oxu kitabı deyildir. O, Allahın adından yazılmış və bizə ondan ötrü bəxşiş edilmişdir ki, hər birimizə Onun vəsiyyətləri, öyüd-nəsihətləri və qadaöanları ilə yaşamağa kömək etsin. Yüz minlərlə insan nəsildən-nəsilə “Kəlimət-i Məknunə”ni təkrar-təkrar oxumuş, bu ilahi kəlamların insan ruhunu necə yüksəltdiyini və islah etdiyini özlərində hiss etmişdilər.

 

bottom of page