top of page

Hər Gün Qəzeti

Dünya İşğalmı Ediləcək?

Hər Gün Qəzeti, 29 Mart 1997-ci il, Şənbə, Səh: 1-3

“Dünya bir vətən, insanlarsa onun vətəndaşlarıdır” şüarı ilə hərəkət edən Bəhailər “Dünya vətəndaşıyam”-deyərək, yeni bir dünya nizamı qurmağa çalışırlar. Özlərinə görə əxlaqi dəyərləri, idarəetmə mexanizmiləri, maliyyə sistemləri, nigah qanunları, cinayət hüquqları olan Bəhailər dünyanı ələ almağa cəhd edirlər. Heç bir dövləti olmayan, keçmiş Sovetlər İttifaqına daxil olan 15 respublika və digər dövlətlərdəki ayrı-ayrı millətlərə mənsub 8 milyon bəhai dünyaya “yalnız bir nizam” gətirmək ideyası ilə yaşayır.

Hər Gün

Bəhailik dininin qayəsinin bütün bəşəri birləşdirmək və ümumi sülh yaratmaq olduğunu vurğulayan həmin təriqətin azərbaycandakı nümayəndəsi Şüaullah Əqdəsi BMT-nin də bəhai dininə müvafiq hərəkət etdiyini və sıralarında Bəhai olmayan heç bir millət, heç bir qəbilənin mövcud olmadığını söylədi.

  

Kommunizmin insanlığı birləşdirmək qayəsinin bəndə tərəfindən ortaya atıldığını söyləyən Əqdəsi bu barədə belə söylədi:

-O fikirlər həyata keçirilə bilməzdi. Bəhailik isə Allah tərəfindən göndərilib.

  

BMT-yə alternativ olmadıqlarını, təşkilatın siyası bürosunda Bəhai nümayəndəsinin fəaliyyət göstərmədiyini bildirən Əqdəsi Ümumi Şura, Təhlükəsizlik Şurası,Qadın Hüquqları Komitəsi, İnsan Hüquqları Komitəsi və Ekologiya Komitəsində YUNESKO, YUNİSEF Bəhailərin səylə dünyanı düzəltmək üçün çalışdıqlarını vurğuladı.

  

Respublikada 700 bəhainin olduğunu qeyd edən Azərbaycan Milli Məhfilinin əzası Əqdəsi daha sonra aşağıdakıları bildirdi: Bütün insanları bir araya gətirdikdən sonra idarəçilik, hər kənd və şəhərdə, ölkədə və nəhayət, dünyada gizli səsvermə yolu ilə seçilən 9 nəfərlik ruhani Məhfillər tərəfindən həyata keçiriləcək. Sonra bütün dünya üzrə 9 nəfərdən ibarət 5 illik qrup seçilir ki, onlar da Ədalət evini təşkil edəcələr. Həmin şəxslər mərkəzi İsrailin Hayfa şəhərində olan Ədalət Evinin Milli Məhfil üzvləri alacaqlar. Bütün dünyada hal-hazırda 174 Milli Məhfil var. 1999-cu ildə keçiriləcək Ümumdünya Ədalət Evi seçkilərinə qədər həmin rəqəm 180 də, 190 da ola bilər. 190 məhfilin hərəsindən 9 nəfər olmaqla seçilən üzvlər (1710) Hayfa şəhərində toplaşacaqlar. 4-5 gün davam edəcək qurultayda Bəhai dünyasından danışılacaq və sonra bütün dünya üzrə 9 nəfər Ümumdünya Ədalət Evinin üzvləri seçiləcək. Yer kürəsində yaşayan bütün Bəhailər həmin şəxslərin əmrinə tabe olacaqlar. Onların dedikləri Peyğəmbərin dedikləri ilə eyni tutulacaq. 

 

Əqdəsi Bəhailikdə hər kəsin ticarət və sənət yolu ilə varlana biləcəyini, varlananların isə öz xoşları ilə gəlirlərinin 19% -ni Ədalət Evinə verəcəyini bildirdi.  Əqdəsi daha sonra bunları söylədi: Cinayətkarlara qarşı Bəhailikdə bir sıra cəza tədbirləri nəzərdə tutulmuşdur. Məsələn, bir adam digərini qəsdən  öldürərsə, onun cəzası ölümdür. Ümumiyyətlə, bizdə dövlət mülkiyyəti olmayacaq. Bəhainin buyurduğuna görə, əsgər və silah da olmayacaq dünyada. Yalnız polisə ehtiyac duyulacaq. 

  

Şüaullah Əqdəsi qadın və kişinin eyni hüquqlara malik olcağını, coxevliliyə yol verilməyəcəyini, boşanmaq istəyənlərin isə öz ruhani məhfillərinin qərarından sonra boşana biləcəyini qeyd etdi.

 

O bildirdi: Zinalıq etmək haramdır. Qadın fahişəlik edərək pul qazanarsa, o birinci dəfə 9 misqal, ikinci dəfə 18 misqal qızıl verməlidir. Əgər ödəyə bilməzsə, həbs edilməlidir. Onun cəriməsini Ədalət Evi müəyyən edir. 

 

Bəhailər heç bir dinə və millətə qarşı deyillər. Bəhai nə parlamentə seçilmək, nə prezident və ya baş nazir olmaq, nə də siyasətə qatılmaq istəmir. 

  

Bəhailik islamdan sonra gələn sonuncu dindir. Bəhailikdən sonra da din gələcək. Bəhai deyir ki, Allah tərəfindən açılan qapı bağlanmamalıdır. Min ilədək başqa dinin gəlməsinə Allahın icazəsi yoxdur. Ondan sonra kitabda hansı dinin və ya peyğəmbərin gələcəyi göstərilmir. Hal-hazırda sonuncu peyğəmbər Bəhaullahdır.

Bəhailiyin Dünəni və Bu Günü

Bu hərəkatın bünövrəsini Seyid Əli Məhəmməd adlı bir gənc qoymuşdur. O, 1844-cü ildə İranın cənubundakı Şiraz şəhərində özünü gözlənilən Allah elçisi elan edərək, “Bab” (ərəbcə “qapı” deməkdir) adlandırmış və buna görə də onun təlimi Babi dini adını almışdır. Bab 9 iyul 1850-ci ildə Təbriz şəhərində edam edilmişdir.

  

Babın davamçıları arasında Bəhaullah (“Allahın nuru” deməkdir) fəxri adı ilə məşhur olan Mirzə Hüseyn Əli 1817-ci ildə Tehranda anadan olmuş, 1863-cü ilə Bağdadda özdir.

  

Şövqi Əfəndi 1897-ci ildə  Əkka qalasında anadan olmuş, Beyvutdakı Amerika Universitetini bitirmişdir. Sonra İngiltərədəki Oksford Universitetinə daxil olmuş, Hayfaya qayıtdıqdan sonra Qərbin və Şərqin Bəhailərinə rəhbərliyi öz üzərinə götürmüşdür. O, 1957-ci ildə Londonda vəfat etmişdir. Bəhaullah tərəfindən əvvəlcədən göstərildiyi və vəsiyyətnaməsində aydınlaşdırıldığı kimi Bəhai icmasına rəhbərlik Ümumdünya Ədalət Evinə verilir.

 

Bəhailərin Bu Günkü Vəziyyəti

-Yerli Bəhai icmaları, qrupları olan ölkələrin və muxtar vilayətlərin sayı -217;

-Milli Ruhani Məhfillərin sayı-166;

-Yerli Ruhani Məhfillərin sayı-28500;

-Bəhai icmaları olan ayrı-ayrı şəhər, rayon, kənd və qəsəbələrin sayı-130000;

-Bəhai ədəbiyyatı tərcümə edilən dillərin sayı-802;

-Bəhai dinin yayıldığı millətlərin, xalqların, etnik azlıqların sayı-212;

-Bəhai məktəblərinin sayı-612;

-Bəhai ictimai institutlarının sayı-880;

 

Hər Gün Qəzeti

bottom of page