top of page

Azər Cəfərov

Bəhai Dini: İslam Təriqəti, Yoxsa Müstəqil Din

Azərbaycan Yolları Qəzeti, 09 Avqust 2010-cu il, Səh. 5

(Əvvəli 4-cü Səhş)

  

Yarandığı ilk dövrlərdə də bu din Şimali Azərbaycan da da öz ardıcıllarını tapırdı. Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. Stalin rejimi dövründə, 1937-38-ci illərdə SSRİ-də, o cümlədən Azərbaycanda bəhai dini ardıcıllarına qarşı aparılan təqiblər yüzlərlə fəal üzvün öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu təqiblər yerli icmaları zəiflətsə də, Azərbaycanda bəhai dinini məhv edə bilmədi. Fiziki təqiblərlə yanaşı ölkədə bəhailərə qarşı iftira və böhtan kompaniyası da aparılırdı. Bəhai icmalarının fəaliyyətinə qoyulmuş qadağalar XX əsrin 90-cı illərinə, sovet dövlətinin süqutuna kimi qüvvədə qalmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra insan haqqlarının qorunması sahəsində atilmış bir sıra addımlar, o cümlədən Etiqad Azadlığı haqda Qanunun qəbul olunması bəhai icmalarına açıq fəaliyyət üçün şərait yaratdı.

  

Təriqət, yoxsa müstəqil din. Müsəlman ölkəsi İranda yaranmasına baxmayaraq, Xristianlıq İudaizmdən və ya İslam Xristianlıqdan fərqləndiyi kimi, Bəhai dini də İslamdan fərqlənir. Hələ XIX əsrin ortalarında Babi və Bəhai dini təlimləri və onların Peyğəmbərləri – Həzrət Bab və Həzrət Bəhaullahın Yazıları və şəxsiyyəti tədqiqatçıları vaxtaşırı özünə cəlb edirdi. Babilik təliminin ilk tədqiqi Peterburq universitetinin professoru Mirzə Kazım Bəyə məxsus olmuşdur. Mirzə Kazım Bəyin “Bab və Babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. XIX əsrin ikinci yarısı və XX əsrin əvvələrində M.A.Qamazov, M.F.Axundov, B.R.Rozen, E.Q.Tumanskiy, B.A.Dorn, A.A. Jukovskiy, S.İ.Umanes, C.E.Esslemont və başqaları yazılarında Babi və Bəhai təlimləri haqqında məlumat vermişlər.

  

Həzrət Bəhaullah ilə şəxsən görüşmüş E.Q.braun ilk dəfə Bəhai təlimini İslamdan fərqləndirərərək onu müstəqil din kimi göstərmişdir. Halbuki sonralar bəzi nüfuzlu tədqiqatçılar Bəhai dinini İslam təriqəti kimi qiymətləndirmiş və onun müstəqil dini təlim olmasını görə bilməmişdilər.

  

XXə əsrin əvvələrində Bəhai dininə maraq Həzrət Əbdül-Bəha ilə bağlı olmuşdur. Ingilis şərqşünası C.E.Esslemont Həzrət Əbdül-Bəhanın Bəhai dinində tutduğu məqama nəzər yetirmiş, Onun haqqında daha ətraflı məlumat vermişdir. Xüsusi təhsili olmayan, həyatının çox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, lakin fars, ərəb, türk dillərini mükəmməl bilən Həzrət Əbdül-Bəha tədqiqatçını özünün dərin teoloji bilikləri, mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə heyrətləndirmişdi.

 

Həzrət Əbdül-Bəha tədqiqatçılara Bəhai Yazılarının, həmçinin Tövrat, İncil, Quran mətnlərinin şəhrçisi kimi də tanışdır. Bəhai dininin Peyğəmbərlərinin-Bab və Bəhaullahın, həmçinin əvvəlki dinlərin Müqəddəs Yazılarındakı metaforlardan, rəmzlərdən ibarət olan və yaxud kifayət qədər anlaşılmayan mətnlərin həqiqi anlamı Həzrət Əbdül-Bəha tərəfindən açıqlanmışdır.

  

Qeyd etmək lazımdır ki, yarandığı gündən bu günə kimi Bəhai dininə adi bütün Müqədəəs Yazılar, dinin əsas Şəxsiyyətlərinin (Həzrət Bab,Həzrət Əbdül-Bəha, Həzrət Şövqü Əfəndi) əlyazmaları, məktubları, tarixin hadisələri protokollaşdırılmış sənədləri, şəhrlər, izahlar, fotoşəkillər və həcmi yüz cidlərlə ölçülən digər sənədlər diqqətlə toplanılaraq Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu, tədqiqatçıların işini asanlaşdırmaqla yanaşı, tədqiqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Bəhai dinindən əvvəlki dinlərin tədqiqi üçün bu cürimkanlar demək olar ki, yox dərəcəsindədir; belə ki, Budda təliminin həqiqi mahiyyətini izah etmək, İsa Məsih və Zərdüşt Peyğəmbərin həyatı ilə bağlı hadisələrin həqiqi xronikasını göstərmək, Krişnanın tarixi şəxsiyyət olmasını əsaslandırmaq olduqca çətindir. Hətta Məhəmməd Peyğəmbərin həyatı və şəxsiyyəti haqqında kifayət qədər məlumatlar olsa da, İslam tarixinin ilk dövrləri ilə bağlı bir çox məsələlərin həqiqi izahını bu gün vermək mümkün deyildir.

  

Hazırda dünyada mövcud on bir əsas “canlı” dindən yalnız İslam (VII əsr) və sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər-Hinuizm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilik, Sintoizm, Zərdüştülük, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (160 il). Onun formalaşmasında sonuncu tarixi mərhələ yalnız 1963-cü ildə Uca Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər.

  

Müasir dinşünaslıqdadinlər coğrafi yayılmasına və əhatə etdiyi xalqların, millətlərin və etnik qrupların sayına görə iki qrupa bölünür: milli dinlər və dünya dinləri. Milli dinlərə İudaizm, Hinduizm, Sihhizm, Caynizm, Daosizm, Konfutsiçilik, Zərdüşttülik, Sintoizm aid edilir. Onlardan bəzilərinin (məsələn, Hinduizm, Daosizm, Konfutsiçilik) yüz milyonlarla insanı əhatə etməsinə baxmayaraq, bir və ya bir neçə xalq və etnik qrupu əhatə etdiyinə görə milli dinlər sayılır. Dünya dinləri həm sayına, həm də əhatə dairəsinə görə milli dinlərdən fərqlənir. Bu dinlər yüzlərlə xalq, millət və etnik qrupu əhatə edir. Müasir elmdə yalnız üç din- Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur. Bəhai dini də ardıcıllrının sayının azlığına baxmayaraq, həm özünün millətlərüstü və universal cəhətlərinə, həm də əhatə dairəsinə görə dünya dini sayıla bilər. Bu məsələyə bir qədər aydınlıq gətirək.

Azər Cəfərov

Azərbaycan Milli Elmlər Akademiyasının Aparıcı Elmi İşçisi

bottom of page