top of page

Azər Cəfərov

Gizli Kəlamlar 

Cahan Media Qəzeti, 04 Dekabr 2002-ci il, № 03

“Ey dost! Könül bağında eşq gülündən başqa gül əkmə. Sevgi və sövq bülbülünü əldən buraxma. Düz adamlarla ünsiyyəti qənimət bil və şər adamlarla yoldaşlıqdan əlini və ürəyini üz.”                                                                                           -Həzrət Bəhaullah

  

Bu sözlər  “Kəliməti–məknunə”, yəni  “Gizli kəlamlar” kitabından götürülüb. Həmin kitab Həzrət Bəhaullaha təxminən 1858–ci ildə nazil olmuşdur. İllahi nəsihətlərdən ibarət olan bu qeyri-adi toplu hər insana Allahın ruhi dünyalarına gedən yolda kamil rəhbərlikdir. İki hissədən ibarət olan yəni Fars və Ərəb Həzrət Bəhaullahın “Kəliməti-Məknunə” kitabın əsas məqsədi–insana öz ürəyinin təmizləmək, fani dünyaya bağlılıqdan çəkinmək və ruhunu ən qəddar düşməndən–öz pis “ehtiras və tamahından” qorumaq üçün kömək etməkdir. Bu kitab yüksək poetik dildə, metafor, rəmz və alleqoriyalardan istifadə edilməklə yazılmışdır. Yüz minlərlə insan nəsildən- nəslə “Kəliməti-Məknunə”ni təkrar-təkrar oxumus, bu İlahi kəlamların insan ruhunu necə yüksəltdiyini və islah etdiyini özlərində hiss etmişlər.

  

Biz bu kitabdan bəzi kəlamlardan sizlərə təqdim etmək istəyirik.

  

“Ey ruh oğlu! Mənim ilk nəsihətim budur: pak, lütfkar və nurlu ürəyə malik ol ki, əzəli,əbədi və qədim bir sənətə sahib olasan.”

  

“Ey ruh oğlu! Mənim gözümdə bütün şeylərin ən sevimlisi insafdır; məni istəyirsənsə, ondan üz çevirmə. Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan”...

  

“Ey varlıq oğlu! Sən Mənim çırağimsan və Mənim işığım səndədir. Ondan  nur al və Məndən  başqasını axtarma. Çünki Mən səni zəngin yaratmışam və bütün nemətləri səndə tekmil etmişəm”. 

  

“Ey insan oğlu! Öz həddini aşma, sənə layiq olmayan şeyə iddia etmə. Qüdrət və iqtidar sahibi olan  Allah- təalanın hüzurunda səcdə et.”

                                                                                                                                     Azər Cəfərov

                                                                 

bottom of page