top of page

N. Əbdürrəhim

Bəhailərin Qurultayına Gəlmişdir

Səhər Qəzeti, 18 May 1993-cü il, № 92 (629)

Beynəlxalq Bəhai Cəmiyyətinin rəhbərlərindən biri xanım Ruhiyyə Rəbbani Bakıya gəlmişdir. Səfərdən məqsəd Azərbaycan bəhailərinin mayın 22-23-də keçiriləcək ikinci qurultayında iştirak etməkdir. Qurultaya 10 ölkədən, o cümlədən ABŞ, Almaniya, Yaponiya, Türkiyə və İsraildən nümayəndə heyətlərinin gəlişi gözlənilir.

Xanım R. Rəbbani ata tərəfdən kanadalı, ana tərəfdən isə amerikalıdır, bəhailər məzhəbinin başçısı Bəhaullahın (1817-1892) nəticəsi Şövqi Əfəndinin arvadıdır. Şövqi Əfəndi 1921-ci ildən 1957-ci ilə qədər bəhailərin rəhbəri olmuşdur.

 

N. Əbdürrəhim

                                                                                        

bottom of page