top of page

Sədrəddin Soltan

Yeddi Bəhainin Faciəsi

Ayna Qəzeti, 4 İyul 2009-cu il, Seh. 16, №25

Hələ bu ilin yanvarında Iranın mədəniyyət naziri Məhəmmədhüseyn Səfər Hərəndi BBC radiosunun farsca redaksiyasının ölkəsində fəaliyyətini qanundankənar elan edərək bildirmişdir ki, bu informasiya kanalı cəmiyyətdə “pozğunçuluq işləri ilə məşğuldur, buna görə də onu qapatmışıq”. Bu arada ETTELAAT bəhai dini azlığına aid ailələrin mənzillərində axtarış aparmış, şəxsi əşyalarını, o cümlədən komputerlərini yığıb aparmışdı. Bundan bir neçə gün sonra hakimiyyət təmsilçiləri, tutulmuş bəhailəri “casus” elan etdi.

 

Bəhai Beynəlxalq İcmasının BMT-dəki nümayəndəsi Diani Alai “Azadlıq” radiosuna müsahibəsində müxbirin” İranla bağlı fəaliyyətininzin əsas məqsədi nədir” sualına cavabında demişdir: “Ən ciddi məsələlərdən biri yeddi bəhainin bir ildir həbsdə olmasıdır. Onların məhkəməsi iyulun 11-nə təyin olunub. Həmin şəxslər tamamilə saxta, amma cidi ittihamla üzləşirlər. Bu ittihamlar ölkə təhlükəsizliyinə qarşı hərəkətlər, dini müqəddəsləri təhqiretmə, İsrailin xeyrinə casusluqdur...”

Sədrəddin Soltan

bottom of page