top of page

Asif Babayev

Bəhai Dini: Təriqət, Yoxsa Müstəqil Din

XXI  Əsrin Sədası Qəzeti, 23 Aprel 2005-ci il, № 04 (25)

 

Bəhai dini–Həzrət Bəhaullah ardıcıllarının dinidir. “Bəhaullah” ərəb dilində “Allahın Nuru” mənasını bildirir. Ona görə də ardıcılları özlərini “bəhai” (“nur daşıyıcısı”) adlandırırlar.

XIX əsrin ikinci yarısında İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, bu gün dünyanın 234 ölkəsində yaşayan 2100-ə qədər millət, xalq və insanı birləşdirir. Hazırda Bəhai dini ədəbiyyatı 802 dilə tərcümə edilmişdir.

Dünya bəhailəri vahid dini təşkilatda, Bəhailərin Beynəlxalq Birliyində birləşmişdir. Bu Birlik planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları–EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidəki ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir.

Bəhai dinində peşəkar ruhanilik qadağandır. Ruhani təbəqənin (molla, keşiş və s.) olmaması, yerli, milli və beynəlxalq səviyyələrdə inzibati qurumların ən mükəmməl demokratik qaydalarla seçilmiş və hər bir bəhainin bu qurumlarda iştirakı üçün imkanların açıq olması, başqa dinlərdən fərqli olaraq Bəhai dinində təriqətçilik və parçalanma imkanlarını heçə endirmişdir.

 

Müsəlman ölkəsində yaranmasına baxmayaraq, Xridtianlıq Ludaizmdən və ya İslam  Xristianlıqdan fərqləndiyi kimi, Bəhai dini özündən əvvəlki dinlərin İlahi mahiyyətini təsdiq edir və bu dinlərin Peyğəmbərlərini Vahid Allahın Zühurları kimi tanıyır. 

 

Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir ölkəsində bəhailər bu ölkədə olduğu kimi, ciddi təqiblərə məruz qalmamışlar. Son 100 ildə İranda bəhai əqidəsinə görə 20 mindən çox insan öldürülmüş, on minlərlə insan həbsxanalara salınmış, başqa ölkələrə mühacirət etməyə məcbur olmuşdur.

 

Yarandığı ilk dövrlərdə bu din Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıcan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. Stalin rejimi dövründə 1937-38-ci illərdə SSRİ-də, o cümlədən Azərbaycanda bəhai dini ardıcıllarına qarşı aparılan təqiblər yüzlərlə fəal üzvün öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu təqiblər yerli icmaları zıiflətsə də Azərbaycanda Bəhai dinini məhv edə bilmədi.

Respulikamiz müstəqillik əldə etdikdən sonra insan haqlarının qorunması sahəsində atılmış bir sıra ciddi addımlar, o cümlədən Etiqad Azadlığı haqqında Qanunun qəbul olunması bəhai icmalarına açıq fəaliyyət üçün şərait yaratdı. 90-cı illərin əvvəllərində Bakı, Sumaqayıt, Balaxanı, Gəncə, Naxçıvan və digər icmalarda Yerli Məhfillərə seçkilərin keçirilməsi, 1992-ci ildə Azərbaycan bəhailərinin I Qurultayında Milli Ruhani Məhfilin seçilməsi, həmçinin Bəhai dini ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilməsi ən əlamətdar hadisələrdən hesab olunur.

 

Qeyd etmək lazımdır ki, yarandığı gündən bu günə kimi Bəhai dininə aid bütün Müqəddəs Yazılar, dinin əsas Şəxsiyyətlərinin (Həzrət Bab, Həzrət Bəhaullah, Həzrət Əbdülbəha, Həzrət Şövqi Əfəndinin) əlyazmaları, məktubları, tarixi hadisələrin protokollaşdırılmış sənədləri, şərhlər, izahlar, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanılaraq Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanmışdır.

 

Hazırda dünyada mövcud on bir əsas “canlı” dindən yalnız İslam (VII əsr) və Sihhizmin (XVI) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduzm, Buddizm, Çaynizm, Daosizm, Konfusiçilik, Sintoizim, Zərdüştlük, Ludaihm və Xristianlıq minilliklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (160 il). Təbii ki, ardıcıllarının sayı da azdır (6 milyon nəfər). Onun formalaşmasında sonuncu tarixi mərhələ yalnız 1963-cü ildə Uca Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşunas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər. 

 

Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o ayrica götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və yaxud hansısa bir mədəniyyətlə məhdudlaşmır. Heç kim Xristianlığı yəhudi mühitində yarandığına görə “yəhudi milli dini” və ya İslamı ərəblər arasında formalaşdığına görə “ərəblərin dini” adlandırmır. Ilk ardıcılları iranlılar olduğuna görə, Bəhai dinini də “iranlıların dini” hesab etmək düzgün deyildir. Hazırda 6 milyon ardıcılı arasında iranlılar çox az hissə təşkil edir. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır.  “Britanika” enisklopediyasının məlumatına görə, coğrafi yayılmasına görə dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə), Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68). 

 

Hansısa dini təlimin müstəqil olması onun boş yerdə yaranması deməkdeyildir. Bir dinin özündən əvvəlki dini teoloji bazisində yaranması bütün dinlər üçün ümumi qanunauyğunluqdur: Buddizm ənənəvi Hinduizmin (Brahma-nizmin) teoloji bazisində yaranması və bu təlimin artıq mütəqil din şəklində Tibet, Çin, Yaponiya, Cənubi-Şərqi Asiyaya yayılaraq, bu ölkələrin xalqları üçün çox güclü mədəni amilə çevrilməsi buna əyani misal ola bilər. Eynilə Hinduzmözündən əvvəl nazil olmuş Brahmanizmin, o isə daha qədim din olan Veda inancının teolojinbazisində formalaşmışdır.

 

Bəhai dini İslamın teoloji bazisində formalaşmış dini təlimdir. Onun İslamın mədəni konteksində yaranması, bir çox cəhətlərinə-tarixi, dil, terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yanlış olaraq İslam təriqətləri sırasına daxil etmişlər. Sonrakı araşdırmalarda biz əmin olacağıq ki, teoloji mahiyyətinə görə Bəhai dinini İslamın məzhəb və cərəyanlarına aid etmək mümkün deyildir.

Bəhai dini mövcud dinlərin texoloji bazisi əsasında “mexaniki” şəkildə quraşdırılmış və yaxud hansısa dinləri birləşdirməyə çalışan hərəkat da deyildir. Ona məxsus bəzi anlayışların universal xarakteri, dinlərarası dialoq və əməkdaşlığa can atması, dini dözümlüyü təbliğ etməsi dinlərarası təşkilatı birləşməyə çağırış və yaxud hansısa dinlərin “simbiozunu” yaratmaq cəhdi kimi başa düşünülməməlidir.

Hər bir dinin Allah, İlahi Vəhy, Dünyanın yaradılması və sonu, İnsanın yaradılışı, İnsanın  ruhu və ölümdən sonrakı həyat, əhd (Allahla insan arasında razılaşma) və digər təsəvvür və anlayışlardan ibarət ruhani biliklər sistemi və ya teoloji bazisi vardır. Teoloji bazisinin oxşarlığına görə dünyada mövcud dinlər iki qrupa-İbrahimi (Yəhudilik, Xristianlıq, İslam) və Şərq dinlərinə (Hinduizm, Buddizm, Daosizm və s.) bölünür.

İbrahimi dinlər bəzi fərqli cəhətlərinə baxmayaraq, çox oxşar teoloji bazisə malikdirlər. Bu Allahın maddi dünyanı (materiyanı) altı gündə yoxluqdan yaratması, Adəm və Həvva, Cənnət və Cəhənnəm, mələklərlə bağlı hekayətlər, Allahın insanları Tövhidə və Əməlisalehliyə dəvət edən Peyğəmbərlər göndərməsi (hər üç dində İbrahim peyğəmbərin məqamı xüsusi vurğulandığına görə İbrahimi inlər adlanırlar)., axır zaman Peyğəmbərinin (yəhudilikdə - Musa, xristianlıqda–İsa Məsih, İslamda– Məhəmməd) və Xilaskarın (yəhudilikdə-Maçiax, xristianlıqda–İsanın ikinci zühuru, İslamda – Mehdinin) gəlişi, Qiyamət ilə bağlı fövqəlhadisələrin (Günəşin qaralması, Ayın parçalanması, ulduzlaın yerə tökülməsi, plülərin qəbirlərindən qalxması və s.) baş verməsi, insanların əməllərinə görə bir qisminin Cənnətə, digər qisminin isə Cəhənnəmə göndərilməsi ilə bağlı təsəvvürlərdir.

Asif Babayev 

bottom of page