Bəhailik-
Heydər Əliyevin
iki Dövründə

1969-1982

1993-2003
Dinimiz
Milli-Mənəvi
Sərvətimizdir
Tarixçilər deyəcəklər ki, özündən sonra Heydər, Əsrin Müqaviləsini qoyub getdi, mənsə deyirəm ki, o arxada maddi firavanlıqla ruhani firavanlığın tarazlığını qoyub getdi.
-Nicat Fərzəliyev
Heydər Əlirza oğlu Əliyev Azərbaycanın tarixində iki fərqli dövrdə ölkəni idarə etmişdir və tarixçılarımız onun rəhbərliyi dövründə qazanılmış nailiyyətlər haqqında, və Azərbaycanın sosial, mədəni və iqtisadi inkişafina yazıblar. Öncədən əvvəl birldirməliyəm ki, bu saytın məqsədi Heydər Əliyevin qoyduğu səyləri sadalamaq deyildir. Məqsadi odur ki, bir liderin məramini maddı və mənəvi tərazlığın yaratmasının səmərəsini araşdırmaqdır. Mən burda Heydər Əlirza oğlunun fəaliyyətlərində və götürdüyü inkşaf istiqamətlərində əks olunan Allaha daxili inamı və onun öz Yaradanı ilə, istər zahırı görünən olsun, istərsə də əməllə mühakimə edilərək qiymətləndirilmiş olsun, qurduğu münasibətə diqqət çəkəcəyəm.
Heydər Əliyev özünü dindar kimi göstərmirdi, mətbuatı dəvət etmirdi ki, onu mömin bir şəxs kimi işıqlandırsınlar, dini Bayramlarda küçələrə çıxıb özünü göstərmirdi, Həcc ziyarətini ictimai fikir fokusuna çevirmədi. Lakin həyatı boyu göstərdiyi səbatlılıq bunu göstərir ki, o Allahın dininə uyğun müəyyən prinsiplərə sadiq idi. SSRİ-nin vaxtında dindar və Allahı sevən şairlərə, yazıçılara riskə girib yol açırdı. Biz onun Hüseyn Cavidə olan böyük sevgi və rəğbətini bilirik və bunu başa düşmək çətin deyil ki, Sovetlərin ən güclü vaxtında hansı risklər bahasına onun nəşini Sibirdən Azərbaycana gətirdi.
Prezident kimi ikinci rəhbərlik dövründə və Sovet hakimiyyətindən sonra Heydər Əliyev din haqqında daxili inancını açıqca bəyan etdi və Əsrın Neft Müqaviləsindən hələ bir il qabaq, 5 Sentyabr 1993-cü ildə elan etdi ki, “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq.” O bu prinsiplərlə yaşadı və bütün dinlərə və səmimi olaraq Allaha sitayiş edən insanlara şəxsən qucağını açdı. O dəfələrlə bəyan etmişdi ki, “Dinimiz milli-mənəvi sərvətimizdir.” Təbii ki, din, ümumiyyətlə mənəvi sərvətdir və onun mənasını və rolunu düzgün başa düşəndə, bu, ilahi mənşəli bütün dinlərə şamil olur. Çünki o həm də Azərbaycandakı dini müxtəlifliyi bizim sərvətimiz adlandırırdı. Heydər Əliyevin dövrundə Bəhai Peyğənbərinin gəlini Ruhiyyə Xanımın 1993-cü ildə Azərbaycana gəlməsinə yol açmışdı. Və mən yaxşı xatırlayıram ki, o, 2002-ci ilin Mayında Roma Papasını şəxsi qonağı kimi Azərbaycana dəvət etmişdi. Mənim fikrimcə “Dinimiz milli-mənəvi sərvətimiz” sözu çox dərin bəyanatdır və Heydər Əliyev, idarəçilikdə mənəvi dəyərlərin necə balanslaşdırıcı rol oynadığının fərqində idi. Bax onun neft sərvətimizi dini sərvətimiz ilə bərabər edilməsinin çalışmaları nə məqsəddən əmələ gəlirdi.


Mən İqtisadiyyat Universitetində oxuduğum illərdə onun, prezident kimi, neftdən, qazdan, pambıqdan və kənd təsərrüfatından danışmağını çox eşitmişdim və onları Azərbaycanın milli sərvəti adlandırırdı, lakin o həm də daxili dünyasına qulaq asaraq ona baxış verən belə bir qədim müdrikliyi də unutmurdu ki, iqtisadiyyat özlüyündə ölkəni həqiqi tərəqqiyə və firavanlığa apara bilməz, məhz prezidentliyi dövründə onun hərəkət istiqaməti ona əsaslanırdı ki, Azərbaycanın firavanlığı mənəvi-əxlaqi əsas üzərində qurula bilər.
Azərbaycanın demoqrafik şəraitini və müxtəlif dinlərin burada təmsil olunduğunu bilərək o “Dinimiz” deyir və Azərbaycanın bütün bölgələrindən və müxtəlif etnik köklərdən olan insanları dəvət edir, dini axtarıb onu ürəklərində və köklərində “Milli Sərvət” kimi tapsınlar. O bunu vurğuladı ki, Allahın dini hər kəsin ürəyində bir xəzinə kimidir. Onun uzaqgörən və dərin baxışı təmin etdi, onun rəhbərliyi altında işləyən və bizim qanunvericiliklə məşğul olan insanlar və hökumət strukturları “Milli Sərvətdən” agah olsunlar və onu qorusunlar. Bu gün biz bu baxışı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin veb səhifəsində görə bilərik. və bu baxış bu günkü dövrundə gücləndirdi. Bu gün Azərbaycan yiganə ölkədir ki, nasionalizm yox Multikulturalizm onun dövlət siyasətin bir mühüm hissəsidir.
Gənclərin çoxunun bəlkə də Dini Qurumun nə vaxt və necə yaranmasından xəbərləri yoxdur. Onlar yəqin fərz edirlər ki, bu Komitə həmişə hökumətin idarələrindən biri olmuşdur. Lakin onun yaranma tarixi maraqlıdır və gələcək nəsillərdə ona Azərbaycanın donuş mərhələlərin biri sayalar. Yay idi və mən əsgərliyə hazirlaşırdım. 21 İyun 2001-ci ildə axşam televisorda eşitdim Heydər Əliyev 512-saylı Fərmani ilə indiyə kimi Dini İşlər İdarəsi adlı qurumu bağladı və dini təşkilatların fəaliyyətlərini nizamlamaq və dini etiqad haqqında azadlığı təmin etmək məqsədilə yeni bir orqanın yaradılması barədə göstəriş verdi. Heydər Əliyev məhz bu komitəyə obyektiv fikirli, açıq düşüncəli və dərin baxışa malik olan, Professor Rafiq Əliyevi sədr təyin etdi.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Komitəsinin
keçmiş sədri Rafıq Əliyev
Bununla Heydər Əliyev, hər bir Azərbaycan vətəndaşına azad şəkildə azad bir ölkədə Allahına istədiyi kimi sitayiş etmək imkanı verdi və “Dinimiz”-in dərin mənasını Dini Qurumların nizamnaməsinin birinci bəndində açıq izah verilir ki, ancaq bir din yox bütün Allahdan gələn dinlərini nəzərdə tutur. Gəlin bir an insafla baxaq. Heydər Əliyev hansı zərurətdən köhnə Dini İşlər İdarəsini ki, 80 il İslam dinini himayə edirdi ləğv etməli oldu və işçilərini buraxdı? Nə üçün Heydər Əliyev düşündü ki, dini azadlığın olmaması Azərbaycanı həqiqi firavanlığa apara bilməz? O bir Musilman kimi neyə görə Allahın bütün dinlərə goruyurdi? Burda nə sir ola bilər? O zamanlar mən bir gənc kimi bu suallar üzərində düşünmürdüm və hesab edirdim ki, bu normal bir siyasətdir. Lakin bu gün geriyə dönüb baxanda Heydər Əliyevin bizim cəmiyyətimizə töhfələrini başa düşürəm.
Hamı bilir, Heydər Əliyev bir lider idi ki, Azərbaycanı Sövet İttifaqı zamanında idarə etmişdi və Allahın dininə ədalətli münasibət bəsləməmiş səltənətlərin (bu halda SSRİ-nin) başlarına nə gəldiyini yaxşı bilirdi. O tarixdən çox dəyərli dərslər öyrənmişdi və bu cür dövlətlərin aqibətini bilirdi. Tarix faktları araşdıracaq və mühakimə edəcək ki, Heydər Əlieyv erkən həyatından (2001-ci il 21 İyundan öncə) özlüyündə qərara gəlmişdi ki, onun idarə edəcəyi ölkədə heç kəs dini inancına görə yaxud, Yaradana səmimi və fədakar sitayiş etdiyinə görə təqib olunmamalıdır. Bəhai tarixçilər və son vaxtlarda Səlahəddin Əyyubov yazmışlar ki, 1969-cu ildən əvvəl və 1982-ci ildən sonra Azərbaycan Bəhai İcmasının başının üstünü qara buludlar almışdı. Bunları mən 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə yaşayan bəhailərdən eşitmişəm və onlar danılmaz faktlardır. Onlar deyirdilər ki, o, vəzifədən gedən kimi, SSRİ dini icmaların üstünə düşdü və istintaqlar başladı. (Bax: 1982-ci ilin qara buludları).
O, Əsrin neft Müqaviləsini bağlayanda və sonra uzun illər prezident olanda əlində bütün hakimiyyət və səlahiyyətlər olsa da, nə üçün Dini Qurumlar üzrə Komitə yaratmaq qərarına gəldi? Prezident Heydər Əliyevi belə bir qurum yaratmaqla belə mühüm addımı atmağa nə şövq etdi? Onda maddi firavanlıqla ruhani firavanlıq arasında tarazlığın zərurəti barədə başqalarında olmayan hansı baxış var idi ki, Allahın təyidini Azərbaycana cəlb etsin? Mən bəxti gətirmiş o gənclərdən biriyəm ki, bu günlərdə yaşayıram və ölkəmin firavanlığına şahidəm, çünki ölkəmizin liderləri maddi firavanlıqla ruhani firavanlıq arasında tarazlıq yaratmağa çalışmışlar və bildiyiniz kimi bu məram hal hazırda da davam etdirilir. Bunlardan biri olmasa, SSRİ-də olduğu kimi ölkəni qaranlığa aparar. Hətta regionin nəhəng qudrətlərin, İran kimi, dövlətlər nə qədər də maddi fəravanliğa əldə etsə din azadliği dəstəklənməyədək yarılı güş kimi qanadlarını aça bilmir və uca zirvəyə üça bilməz. Allah Rəmət eləsin, müdurlik Heydər Əliyev bunu yaxşi anliyirdi.


Mən bir Bəhai kimi, inanaıram ki, Heydər Əliyev ilahi təyidin Azərbaycan torpağına bol-bol axmasını öncədən görürdü – bu təyid Allahın Elçilərinə hörmətlə yanaşanlara verilir. Heydər Əliyev öz baxışını “Milli-Mənəvi Sərvətimiz” adlandırdı. Bu sərvət isə Azərbaycan üçündür, onun özü və ya kabineti üçün, yaxud onun hakimiyyəti və ya populyarlığı üçün deyil. Tarixçilər deyəcəklər ki, özündən sonra Heydər, Əsrin Müqaviləsini qoyub getdi, mənsə deyirəm ki, o arxada maddi firavanlıqla ruhani firavanlığın tarazlığını qoyub getdi. Əsrin Müqaviləsini imzalayaraq o, maddi qanadı yaratdı, 152 saylı Fərmanla isə o, Azərbaycan üçün ruhani qanadı yaratdı ki, Azərbaycan bir quş kimi potensialının zirvəsinə uça bilsin. Biz bir millət kimi bu uçuşu 2015-in Avrupa Oyunlarınin axırıncı günündə Simurqiu uçuşunu simvolik olaraq müşahidə etdik.


Mən öz ürəyimdə əminəm ki, Heydər Əliyev 152 saylı Fərmanı illər öncə, 1970-ci illərədə imzalamışdı, amma o vaxtlar sovetlərin hakimiyyəti idi, o bu fərmanı ürəyində yazmışdı və ictiamiyyətə bildirməmişdi, sübüt odur ki, sovetlər dönəmində bəhailərin azadlığı məhz 1969-1982-ci illərə düşür.
Tarix Heydər Əliyev və onun bəhai icması ilə, Bəhai şairləri, yazıçıları və intellektualları ilə münasibətləri barədə nə yazacaq - bunu bilmək çətindir. Lakin Azərbaycan Bəhai İcmasının araşdırmaçıları bu gün Bəhai icmasının arxivlərində olan 65-ə yaxın qəzet məqalələrinə əsaslanaraq deyə bilər ki, Heydər Əliyevin prezidentliyi Azərbaycan bəhailəri üçün qarşılıqlı hörmət, azadlıq, əməkdşalıq və diskurs dövrnü gətirdi. Hökumət və özəl qəzetlər tərəfindən yazılan məqalələrdə bu tarixi faktı təsdiqləyir ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Bəhai İcması tam dini azadlıq əldə etdi, öznün milli səviyyədə ən yüksək qurumunu qeydiyyatdan keçirdi, bəhailərin ibadəti və cəmiyyətə xidmətləri üçün torpaq və bir neçə bina aldı, dünya bəhailərin ən uca dini rəhbərləri (Ümumdüunya Ədalət Evindən) Azərbaycana gəldi və yuksək hörmətlə dövlət görüşunda qəbul olundu, Həzrət Bəhaullahın gəlini Ruhiyyih Xanım 1993-cü ildə Bakıya dəvət olmuş və ondan sonra bir sıra regional və beynəlxalq konfranslar Bakida keçirdi və ölkəsinin gənclərini doğruluq, təvazökarlıq, sevgi və hörmətlə xidmətə həvəsləndirən, ailə dəyərlərini açılayan gənclər yığıncaqları təşkil etdi. Bu yığıncalarla bəhai icması gəncləri həvəsləndirirdi ki, öz qonşularına tam mütiliklə, dürüslüklə, sevgi və hörmətlə xidmət etsinlər.

Mən bu məqalələri gələcək tarixçilərin araşdırmaları və insafla, qərəzsiz olaraq, tarixin xüsui bir dövründə, məhz Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda Bəhailər haqında nələr yazıldığını görmələri üçün toplayıb tərtibata salırəm. Bu məqalələri təqdim edərkən mən həm yaxşı və psi, obyektiv və qərəzli, fakt və fərziyyələri bir araya gətirməyə çalşmışam və Azərbaycanlı yazarların Heydər Əliyevin prezidnetliy altında tarixin xüsusi bir dönəmində Aəzrbaycanlı yazarların Bəhai dini haqqında nə yazılmasının qeydittarını aparmağa cəhd etmişəm. Mənim məqsədim Bəhai dinini təbliğ etmək, onu rüsvay etmək və etibardan salmaq deyil. Mənim məqsədim sadəcə yazılanları və onların necə yazılmalarını sizə təqdim etməkdən başqa bir şey deyil. Əgər İlham Əliyev dövründən yazmamışam, onə görədir ki, onun Allahın dinlərinlə qarışı Azərbaycan üçün unikal bir dövr açilib və gələcək nəsillər yalnız nəticələrini araşdira bilər (bax onun baxışına).



